Bakıda hoteldə quldurluq olub.
Bakuplus.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.