top
Ata qızı telefonla oynadığı üçün döydü, qızı isə onu polisə verdi
04 iyun 2026, 10:49
- ↺ +

Ata qızı telefonla oynadığı üçün döydü, qızı isə onu polisə verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunda ata qızına xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə bu il yanvarın 15-də rayonun Zabrat 2 qəsəbəsində, Yeni məhəllədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü İsrafil (ad şərtidir) həmin gün gecə saat 01:00 radələrində qızı Ədilə (ad şərtidir) ilə yaşadığı evdə olarkən aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, qızının üz nahiyəsinə bir dəfə şillə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İş üzrə ifadə verən İsrafil bildirib ki, axşam saatlarında evə gəlib, daha sonra gecə saatlarında qızının hələ də yatmadığını və telefonla məşğul olduğunu görüb. Ona yatmasını desə də, sözünə məhəl qoyulmadığını düşünərək üz nahiyəsinə bir dəfə zərbə endirib. O, əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş qız isə ifadəsində atasının onun telefonla oynadığını görərək yatmasını tələb etdiyini qeyd edib. O bildirib ki, telefonu söndürüb otağına keçmək istəyərkən atası üz nahiyəsinə bir dəfə zərbə endirib.

Ədilə atasından şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə, hadisədən sonra atası yenidən həm onu, həm də anasını döyərək şikayəti geri götürmələrini tələb edib. Zərərçəkmiş anasının döyülməsi ilə bağlı çəkilmiş şəkilləri məhkəməyə təqdim edib. Daha sonra polis əməkdaşları hadisəyə müdaxilə edərək İsrafili evdən aparıblar.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İsrafil 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza müddətinin isə 18 fevral 2026-cı il tarixdən hesablanması qərara alınıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Bu gün, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Bu gün, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Bu gün, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Bu gün, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Bu gün, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Bu gün, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Bu gün, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Bu gün, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
Dünən, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
Dünən, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Dünən, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Dünən, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Dünən, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Dünən, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Dünən, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Dünən, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Dünən, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Dünən, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Dünən, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Dünən, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Dünən, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər