Bakının Sabunçu rayonunda 30 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
İttihama görə, Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Kərəm ailə münaqişəsi zəminində həyat yoldaşı Güneli döyüb.
Məhkəmədə ifadə verən Kərəm hadisə günü evə gec gəldiyini və həyat yoldaşı ilə mübahisə etdiyini bildirib. O, telefonuna baxıldığını öyrəndikdən sonra əsəbiləşərək Günelə bir neçə zərbə vurduğunu etiraf edib və əməlindən peşman olduğunu deyib.
Zərərçəkmiş Günel isə məhkəmədə ərinin telefonunda başqa qadınla səmimi yazışmalar aşkar etdiyini bildirib. Onun sözlərinə görə, mübahisə zamanı Kərəm onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Kərəm 1500 manat cərimə olunub.
mənbə: demokrat.az