top
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi dirçəltməsi cəhdi təəccüb doğurur
01 avqust 2025, 00:27
- ↺ +

AZƏRTAC: "TASS-ın Azərbaycan xalqına yad toponimi dirçəltməsi cəhdi təəccüb doğurur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yayıb

(https://tass.ru/obschestvo/24675415).

Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış "Stepanakert" toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - https://tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - https://tass.ru/politika/24602463 və s.). TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi "diriltmək" qərarına gəldi?

Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, "Xanın kəndi" deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı.

1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,"Bakı kommunasının rəhbəri", əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırıldı.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni "erməni separatçılarının tabutuna vurulmuş son mıx" adlandırdı.

TASS agentliyinin bugünkü xəbərinin sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu. Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır.

Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq.

Son xəbərlər

Xəbər
Bu gün, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Oxşar xəbərlər