top
Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq tədbir keçirilir
18 sentyabr 2023, 02:27
- ↺ +

Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq tədbir keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Küveyt xarici işlər nazirinin əsir və itkin düşmüş şəxslər üzrə köməkçisi səfir Rabia Saad əl-Adsani və digər rəsmilər iştirak edirlər.

Tədbirdə itkin düşmüş insanların problemlərindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətin mətni:

"Hörmətli konfrans iştirakçıları!
Sizi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransda salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.

Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.

2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək.

Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var.

Əminəm ki, konfrans beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

Son xəbərlər

Xəbər
Bu gün, 09:54

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib - "Adıma əxlaqsız mahnılar yazırdılar"

Xəbər
Bu gün, 09:44

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
Bu gün, 09:35

Bakıda quraşdırılacaq avtobus svetoforlarının iş prinsipi açıqlanıb

Xəbər
Dünən, 17:44

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı məlum olub

Aktual Xəbərlər
Dünən, 17:30

Azərbaycanda 9 ayda 300-dən çox yaşlı evlənib

Xəbər
Dünən, 15:55

Bakı məktəbindən dəhşətli İDDİA: "Qardaşının başını kəsəcəyik" - direktor susur?

Aktual Xəbərlər
Dünən, 15:45

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Dünən, 14:38

İşdən çıxarılma xəbərini Qazaxıstanda alıbmış

Aktual Xəbərlər
Dünən, 13:00

Ramiz Mehdiyev ailəsi ilə Əli Kərimlinin məhkəməsinə çağırıldı

Xəbər
Dünən, 12:04

Öldürdüyü qadının valideynləri kürəkəninin azadlığa çıxmasına etiraz etmir

Aktual Xəbərlər
Dünən, 11:28

Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü

Xəbər
Dünən, 10:38

Stalinin maşın bağışladığı dahi bəstəkarın vəfat etdiyi gündür

Aktual Xəbərlər
Dünən, 09:56

NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb

Xəbər
Dünən, 09:26

Aparıcının öldüyü qəzada daha bir nəfər dünyasını dəyişib...

Xəbər
Dünən, 08:44

Aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü

Xəbər
22 noyabr 2026, 20:54

"Bolt" sürücüsünü mahnıya görə döydü, həbs olundu

Xəbər
22 noyabr 2026, 20:00

23-29 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 noyabr 2026, 11:00

Anasının seçdiyi qızla evləndi, bir gecədə saçı ağardı - Xalq artistinin anım günüdür

Yasamal
21 noyabr 2026, 17:45

"Park Yasamal"ın qarşısında nizamsız parklanma küçəni daraldıb

Yasamal
21 noyabr 2026, 16:30

Bakıda oğru "Xala bağışla, səhv gəlmişəm" deyib qaçdı

Xəbər
21 noyabr 2026, 15:55

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Xəbər
21 noyabr 2026, 14:23

Bakıya güclü yağış yağacaq

Xəbər
21 noyabr 2026, 13:29

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Xəbər
21 noyabr 2026, 12:03

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Oxşar xəbərlər