Bakının Nərimanov rayonunda 17-30 dekabr tarixlərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçiriləcək. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az məlumat verir.
Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) baş tutacaq.
Orada 50-yə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək.
Həmçinin analoji satış məntəqəsi Xırdalan şəhərinin Heydər Əliyev prospekti, 41A ünvanında təşkil olunacaq.