Xəzər rayonunda ağacəkmə aksiyası baş tutub. Bu haqda BakuPlus.az Regional İnkişaf İctimai Birliyinə istinadən bu gün, 15 oktyabr tarixində xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, rayon ərazisində - əsas magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.
Aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri fəal iştirak ediblər.
[caption id="attachment_74895" align="alignnone" width="640"]
Foto Regional İnkişaf İctimai Birliyinin rəsmi Facebook səhifəsi[/caption]