Paytaxtın Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında qanunsuz neft məhsullarının satışı aşkarlanıb. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ünvanda yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və onların qanunsuz satışı aşkar edilib. Bundan əlavə, məhsulların saxlanılması zamanı bir sıra təhlükəsizlik tədbirləri də görülməyib.
Aşkar olunan faktlarla bağlı çənlərin istismarı dayandırılıb, sahibkar məsuliyyətə cəlb olunub və onunla profilaktik söhbətlər aparılıb.
[URIS id=87788]