Paytaxtın Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Sabir Zeynalov küçələrinin kəsişməsində yerləşən tarixi bina əsaslı təmir olunub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
20-ci əsrin əvvəllərində inşa edilən tikilinin üzlüyü yenidən qurulub, eləcə də qəzalı olan eyvanları təmir olunub. Binanın rəng palitrası dəyişilməz olaraq qalıb.
Sözügedən bina köhnə “Qarabağ” mehmanxanasının yaxınlığında yerləşir.
[caption id="attachment_83096" align="alignnone" width="640"]
Foto Caliber.az saytı[/caption]