top
Bakıda Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək
08 may 2026, 13:30
- ↺ +

Bakıda Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək

Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.

Bu barədə Bakuplus.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.

Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib.

Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlılığının aşağı olması, kəsişmənin səmərəli olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında ciddi sıxlıq yaradır.

Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.

Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur.

Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə kimi enəcək.

Ərazidə mövcud mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı artırılacaq.

Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq. Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar.

Qeyd edək ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldi

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər