top
Bakıda məşhur klubun fəaliyyəti DAYANDIRILDI
01 avqust 2025, 10:32
- ↺ +

Bakıda məşhur klubun fəaliyyəti DAYANDIRILDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Nazirliyin Mətbuat xidmətindən Bakuplus.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;

- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

https://youtu.be/92D6zI0KEqA?si=lk6O8f3va7s5H39K

Son xəbərlər

Xəbər
Bu gün, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Oxşar xəbərlər