top
Bakıda orqan alveri - Həkim və tibb qardaşı həbs olundu
12 iyun 2026, 11:49
- ↺ +

Bakıda orqan alveri - Həkim və tibb qardaşı həbs olundu

Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib.

Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı ATU Tədris Cərrahiyə Klinikasında kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib.

Bundan sonra o, bu işdə digər təqsirləndirilən, iş yoldaşı, kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən "Şor-Qoğal" adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və onu 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsinin transplantasiya edilməsinə razı salıb.

Bundan sonra Əmrah Əliyev qadının transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim edib. Bu zaman o, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb.

Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasında açılıb. Belə ki, könüllü donor kimi təqdim olunan qadının mobil telefonuna baxış zamanı həkim və onun arasında pul qarşılığında donor olması ilə bağlı yazışmalar üzə çıxıb, buna görə də transplantasiya qeyri-mümkün hesab edilib.
Bundan sonra həkim-uroloq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və insan orqanlarının alqı-satqısına cəhddə ittiham olunub.

Məhkəmənin hökmünə əsasən, Əmrah Əliyev və Murad Əliyev üç il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər