top
Bakımızın qara dəliyi – Metro
15 oktyabr 2025, 12:25
- ↺ +

Bakımızın "qara dəliyi" – Metro

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günümüz də adət etdiyimiz kimi başladı. Yenə metrodakı basabas, yenə qatarların yubanması, yenə perronda səsgücləndiricəlrdən beynimizi qaynadan "Xətdən kənara çəkilin!" hayqırtıları. Bir sözlə - "Bakı Metropoliteni"nin müəllifi olduğu növbəti ekşn. Amma bu dəfə barıtı bir qədər çox oldu. Hər stansiyada qatarlar 1-2 dəqiqə yubanır, yola düşdükdən sonra isə eyni hal tuneldə yaşanır. Hə, əlbəttə ki, metro rəhbərliyi mətbuat xidməti vasitəsi ilə bu baş verənlərin növbəti "məntiqi" izahını verdi. Nə dedi? Əşi, nə fərqi var – növbəti "üzrlü səbəb". Ya hansısa sərnişin qapıya kəllə atıb və qapı "nokauta düşüb", ya kimsə mövsümə uyğun geyinmədiyinə görə vaqona sığmayıb və qapılar bağlanmayıb, ya da başqa bir cəfəngiyyat. İstənilən halda, metronun "şanlı" işçilərinin məntiqinə əsasən, günah bizdədir, sərnişinlərdə. Nə olur olsun, onlar pak-pakizə, biz isə... 

Bizim mətbuat xidmətimiz yoxdur. Olsun. Amma icazə verin heç olmasa bir dəfə ürəyimizi boşaldaq. Sadəcə çox maraqlıdır: o boyda təşkilatda qatarların normal hərəkəti qrafikini tərtib etməyə qadir 1 nəfər də yoxdur? Doğurdan? Bəs o boyda kollektivdə dövlətdən aldığı məvacibdən utanıb üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək istəyən bir məsul şəxs də yoxdur? Əgər yoxdursa, lütfən, 1-2 yer boşaldın və vəziyyəti dəyişə biləcək şəxsləri iş başına gətirin. Yox, varsa, o zaman nəhayət normal işə başlayın. Sizin normal işə başlamanız üçünsə çox böyük tədbirlərə ehtiyac yoxdur. Sadəcə "Bakı metropoliteni"nin rəhbər vəzifədə olanlarını cəmi 1 həftə pik saatlarında işə metro ilə gedib-gəlmələrini təmin etmək yetər. Vəssalam! Əminik ki, bundan sonra daha camaatı güldürən açıqlamalarla müşahidə olunacaq yubanmalara şahidlik etməyəcəyik...

P.S. Hələliksə hər səhər və axşam Bakı metrosundan istifadə etmək məcburiyyətindəyik. Hər dəfə də qatar tunelin qara dəliyinə daxil olanda oranı nə zaman tərk edəcəyini həyəcanla gözləyirik: 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə... Bir Allah bilir, bir də "Bakı Metropoliteni". İstənilən halda – onlar haqq, sərnişinlər isə kütləvi surətdə "nahaqdırlar".

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
21 oktyabr 2026, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
21 oktyabr 2026, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər