top
Bank kartlarındakı pullar belə oğurlanır – Mütəxəssis
28 noyabr 2025, 09:19
- ↺ +

Bank kartlarındakı pullar belə oğurlanır – Mütəxəssis

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kiberdələduzluqla bağlı son aylarda ölkə üzrə müşahidə olunan şikayətlər göstərir ki, insanlar çox vaxt dələduzların sadəcə ad-soyad soruşduğunu, buna baxmayaraq, kartlarından pul çıxdığını bildirirlər. Reallıqda isə yalnız ad və soyadla kartdan vəsait çıxarmaq mümkün deyil.

Bu sözləri axar.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev ölkədə artmaqda davam edən kiberdələduzluqla bağlı danışarkən deyib.

"Dələduz ad-soyadı soruşmaqla sadəcə ünsiyyət qurur, etibar yaradır və qurbanın psixoloji baryerini aşağı salır. Ardından söhbəti başqa istiqamətə çevirərək "pul göndərmə", "bonus aktivləşdirmə", "mükafat qazanma", "vergi qaytarılması", "kuryer ödənişi" kimi bəhanələrlə kart məlumatlarını və ya bank tətbiqinə daxil olan SMS təsdiqləmə kodunu əldə etməyə çalışır. Yəni pulun çıxarılması qurbanın iştirakı ilə baş verir", - o bildirib.

Mütəxəssisin sözlərinə görə, artıq iki aydan çox davam edən prosesin qarşısının niyə tam şəkildə alınmaması isə bir neçə obyektiv səbəbdən qaynaqlanır. Bu fəaliyyətlərin çoxu ölkə xaricindən idarə olunur, istifadə olunan nömrələr virtualdır, İP-lər gizlədilir və hər əməliyyatdan sonra yeni hesablar açılır:

"Bu hadisələr yalnız vətəndaşın məsuliyyəti kimi görünməməlidir. Kütləvi xarakter aldıqda artıq problem sistematik yanaşma tələb edir. Bankların anti-fraud mexanizmlərinin sərtləşdirilməsi, mobil operatorların saxta nömrələri daha tez bloklaması və sosial şəbəkələrdə şübhəli hesabların sürətli şəkildə ləğv edilməsi dövlət və özəl sektorun birgə həll etməli olduğu məsələlərdir. Bununla yanaşı, geniş kütlə üçün sadə və başadüşülən kibertəhlükəsizlik təlimləri keçirilməli, xüsusilə yaşlı və rəqəmsal savadlılığı zəif olan qruplar bu təlimlərə cəlb edilməlidir".

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Bu gün, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Bu gün, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Bu gün, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər