top
Boşanmaq məcburiyyətində qaldığını iddia edən rejissordan açıqlama
13 noyabr 2025, 11:19
- ↺ +

Boşanmaq məcburiyyətində qaldığını iddia edən rejissordan açıqlama

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva həyat yoldaşı Rəşad Əhmədzadə direktoru olduğu teatrda işləməsinə maneə yaradılması səbəbindən boşanmaq məcburiyyətində qaldığını bildirib.

Bakuplus.az xəbər verir ki, Səidə Haqverdiyeva bu məcburiyyətin yaradılmasında teatrın aktrisası Nərmin Əhmədovanı və Mədəniyyət Nazirliyində onu himayə edən şəxsləri günahlandırıb.

"Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi əri Əfsun Əhmədov və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir" - deyə Səidə Haqverdiyeva qeyd edib.

Nərmin Əhmədova ilə aralarında olan çoxsaylı konflikt epizdolarından bəhs edən Səidə Haqverdiyevanın iddialarına görə, Nərmin Əhmədova sonda Mədəniyyət Nazirliyi qarşısında onun diplomunun nostrifikasiyadan keçmədiyi məsələsini qaldırıb:

"Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə magistraturada təhsil almışam. Magistratura pilləsinin son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da, bu sadə prosesi bəzi səlahiyyət sahibləri əllərində rəhbər tutaraq həyat yoldaşım Rəşad Əhmədzadəyə "Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz" kimi absurd ittihamlar irəli sürürlər".

Səidə Haqverdiyeva Nərmin Əhmədovanı himayə edən və ona təzyiq göstərənlər arasında Mədəniyyət Nazirliyinin bir neçə əməkdaşının olduğunu qeyd edib, protokol sektorunun müdiri Allahşükür Zülfüqarlının, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbovanın adlarını da çəkib.

"Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, həyat yoldaşıma "Ya Səidə, ya da sən işdən çıxmalısınız" tələbini edən, "Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq" kimi ultimatumlardan çəkinməyən kiçik məmurlar əməllərinə son qoyacaqlar" - Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva bildirib.

Qeyd edək ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı, rejissor Səidə Haqverdiyeva ötən gün boşanmaq qərarı verdiyi açıqlamışdı. "Həyat yoldaşımdan ayrılmaq üçün məhkəməyə müraciət etmişəm. On il idi evli idik. Amma beş ildir mənə və ailəmə təzyiq edən şəxslər var, onlarla mübarizə aparırıq. Həmin şəxslərin adını açıqlayacam", - deyə rejissor bildirmişdi.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər