top
Gediş haqqı məsafəyə görə ödəniləcək?
06 sentyabr 2025, 13:10
- ↺ +

Gediş haqqı məsafəyə görə ödəniləcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır".

Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə etdik.

Nəqliyyat eksperti Eldəniz Cəfərov "Kaspi" qəzetinə verdiyi açıqlamada deyib ki, bu, differensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: "Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosial yönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir".

Mütəxəssis vurğulayıb ki, yaxın gələcəkdə differensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: "Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri differensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər differensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir".

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə "Brutto müqavilə"lərə keçiddir: "Hazırda bu model bir sıra qonşu ölkələrdə artıq tətbiq olunur. Dünyanın bir çox böyük şəhərlərində isə uzun illərdir ki, uğurla istifadə edilir. "Brutto" modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Eyni zamanda, sərnişin axınının daha optimal şəkildə bölüşdürülməsinə və nəqliyyat sisteminin ümumi effektivliyinin artmasına şərait yaradır. İlkin mərhələdə brutto müqavilələrə keçid vacibdir ki, ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığı təmin olunsun. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir".

Mütəxəssis vurğulayıb ki, hazırda metroda irimiqyaslı layihələr həyata keçirilir: "Gələn ilin əvvəlindən 28 May – Cəfər Cabbarlı xətlərinin ayrılması layihəsinə start veriləcək. Bu layihənin il ərzində icrası planlaşdırılır və nəticədə metronun üç əsas xətti müstəqil şəkildə, daha qısa intervallarla fəaliyyət göstərə biləcək. Bununla yanaşı, gələn ilin sonuna qədər yeni metro xətlərinin və stansiyalarının tikintisinə də başlanması gözlənilir. Layihələrin icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Tətbiq olunduqdan sonra metronun sərnişin tutumu əhəmiyyətli dərəcədə artacaq. Çünki metro yeraltı ayrıca hərəkət zolağına malik olduğundan, digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli və maneəsiz xidmət göstərir. Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi yeni tarif modellərinə və "Brutto müqavilə"lərə keçidi zəruri edir. Bu modeldə bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə əməliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya edilir. Nəticədə isə sistem daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərir". 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Bu gün, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Bu gün, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Bu gün, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər