top
İlahiyyatçı alim: “İftar süfrəsi üçün məxsusi menyu qərarlaşdırılmayıb” – ÖZƏL AÇIQLAMA
05 mart 2025, 06:03
- ↺ +

İlahiyyatçı alim: “İftar süfrəsi üçün məxsusi menyu qərarlaşdırılmayıb” – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan ayını yaşayırıq. Bu ayda bir çox restoranlar müştərilərinə iftar üçün xüsusi menyular təklif edirlər. Lakin təklif olunan menyuların qiyməti normal menyu qiymətlərindən daha bahadır. Bunu hətta çeşid çoxluğu ilə də əlaqələndirirlər.

Bəs, görəsən, bu nə dərəcə doğrudur? Ümumiyyətlə iftar süfrəsində nələr olmalıdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, ilahiyyatçı alim hacı Fuad Nurullayevin sözlərinə görə, iftar süfrəsi üçün məxsusi bir menyu qərarlaşdırılmayıb:

“Ramazan çox mübarək bir aydır. Buna görə də 11 ayın sultanı adlandırılır. Duaların qəbul olunduğu aydır. Biz maksimum Ramazan ayında savablar, gözəl əməllərdən və işlərdən bəhrələnməliyik ki, həm dünyamız, həm də axirətimiz üçün əlimizdə sərmayə olsun. İnsanlara tövsiyəm odur ki, bu ayın hörmətini saxlasınlar və Ramazana dəyər versinlər.

Ramazanda iftar süfrəsi üçün məxsusi bir menyu qərarlaşdırılmayıb və heç bir məhdudiyyəti yoxdur”.

F.Nurullayev qeyd edib ki, işbazlar, bir çox restoran və yeməkxana sahibləri fürsətdən istifadə edib, fərqli addımlar atırlarsa, bu, özlərinə aid olan məsələlərdir:

“Ramazanda bəyənilən odur ki, iftar bir xurma və su ilə açılsın. Rahat yeməklər yeyəsən, çox ağır qidalardan istifadə olunmasın. Necə gəldi yedikdə insana sıxlıq, narahatlıq gətirə bilər.

Bu ayda çox dua edilməlidir. İmkansızlara baş çəkməli, imkanlı şəxslərə dəstək olmalıdır. Ramazanın sonunda fitrə zəkatı çıxarıb, yoxsullara, fəqirlərə verməlisən. Fitrə zəkat vacib və mütləqdir. Bu ayda hər kəs bir-birinə dəstək olmalı, paylaşıb və bölüşməlidir”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə qeyd edib ki, bazarda qiymətlərin müəyyən edilməsi, sahibkarın sərbəst qərar qəbul etməsi qiymət siyasəti çərçivəsində həyata keçirilən bir fəaliyyətdir:

“Burada hər hansı bir tənzimləmə, nəzarət yoxdur. Bazarın təbii işləmə mexanizmini pozmaq sonradan daha ciddi iqtisadi problemlərə gətirib çıxara bilər. Qiymətlərin bahalı və ucuz olması bu artıq tələb və təklif arasında dinamika və yaxud da hər hansı bir iaşə müəssisəsinin öz müştəri seqmentinə münasibətdə həyata keçirmək istədiyi qiymət siyasəti ilə əlaqəli bir məsələdir.

Yəni ki, burada bazarın digər bir faktoru, mexanizmi işləməyə başlayır. İnsanlar baha yerlər təklif edən müəssisədən deyil, daha optimal qiymət təklif edən müəssisələrdən xidmətləri istehlak edirlər. Nəticədə orta və uzunmüddətli dövrdə qiymətlərdə uzlaşma və uyğunlaşma baş verir. Və yaxud da daha baha qiymət təklif edən müəssisələr fəaliyyətini dayandırmalı olur. Bazarın özünün təbii işlək mexanizmi çərçivəsində həll edə biləcəyi bir problemdir.

İaşə obyektlərində qiymətin formalaşmasına təsir göstərən digər faktor ondan ibarətdir ki, burada təklif elastik deyil. Həm nəzəri, həm də praktiki baxımdan, çünki müəssisələrin birdəfəlik tutumu tələbin artması fonunda qısa müddətdə birdən-birə artırıla bilməz. Tələb olduğu halda adekvat reaksiya ortaya çıxır. Və qiymətləri artırırlar… İaşə sahəsində təxminən 20 mindən artıq müəssisə fəaliyyət göstərir. 1 milyondan artıq oturacaq tutumu var. Qismən də olsa, rəqabətdən söhbət gedə bilər. Mövcud olan qiymət dinamikası bazarın özünün təbii tənzimləmə mexanizmləri vasitəsilə həll olunan bir prosesdir”.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli əlavə edib ki, Quranda Ramazan ayının əhəmiyyəti haqqında xüsusi vurğulanır:

“Ramazan orucunun hansı mənanı daşıdığı ayələrdə bildirilir. Buyurulur ki, "Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də vacib edildi, bəlkə təqvalı olasınız”. Ramazan orucu insanda təqva xüsusiyyəti yaratmalıdır. Ramazan ayında insan könüllü olaraq zəruri ehtiyaclarından imtina edir. Nədənsə imtina etmək insanların iradəsini möhkəmlədir, onları fiziki və mənəvi cəhətdən gücləndirir.

İftar süfrəsinə gəlincə isə iftar süfrələri doyumlu, amma sadə olmalıdır. Bir az sulu, bir az da quru yemək insanın doyması üçün kifayətdir. Onsuz da iftar zamanı yeməklərin hamısının qəbul edilməsi mümkün olmur və xeyli çeşid yemək kənarda qalır. Bu da israfçılığa yol açır ki, Allah israf edənləri sevməz”.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər