top
Mətbuat xidmətlərinin şakəri: MALALAMAQ!
10 fevral 2025, 01:19
- ↺ +

Mətbuat xidmətlərinin şakəri: MALALAMAQ!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mətbuat xidməti – irili-xırdalı

Azərbaycanda irili-xırdalı bir çox qurumun mətbuat xidmətləri var. Bəziləri az qala hər gün medianın və sosial şəbəkə istifadəçilərinin diqqətindədir, bəzilərinin isə ümumiyyətlə mövcudluğundan bixəbərik, xəbər tutanda ki, filan strukturun mətbuatla əlaqə xidməti var, təəccüblənirik. Bəs, yaxşı, mətbuat xidmətinin funksiyası nədən ibarətdir? Bu ad altında cəmləşən insanlar, bəzən isə elə bir şəxsin üzərinə hansı vəzifələr düşür?

Mətbuat xidməti - idealda

İdealda qurumların mətbuat xidməti, onların ictimaiyyətlə əlaqələrini qurmaq və informasiya axınını effektiv şəkildə idarə etmək üçün vacib bir rol oynamalıdır. Onların ümumu qəbul edilmiş vəzifələrindən ən öncülü ictimaiyyətlə əlaqələrin, başqa sözlə desək, körpülərin qurulmasıdır - qurumun fəaliyyətini və onun gördüyü işləri cəmiyyətə düzgün və aydın şəkildə çatdırmaq. Eyni zamanda, adından da göründüyü kimi, mətbuat xidməti, jurnalistlərlə əlaqələr saxlayaraq, mətbuatda qurumun işləri və xəbərləri haqqında məlumatların yayılmasını təmin etməlidir. Hər bir quruma aid böhran vəziyyətlərin yarandığı təqdirdə də mətbuat xidmətinin üzərinə olduqca vacib missiya düşür: təcili olaraq ictimaiyyəti məlumatlandırmaq və qurumun mövqeyini izah etmək, bunun üçün təsirli kommunikasiya strategiyaların tətbiq edilməsi. Nəzər saldığımız xidmətin bir sıra digər funksiyaları da mövcuddur, amma ən əsasları və tez-tez ehtiyac duyulduğu artıq qeyd etdiklərimizdir. Və lap əvvəldə vurğuladığımızı bir daha xatırladırıq: bütün bunlar işlərin ideal axarını ehtiva edir. Bəs həyatda necə, nəzəriyyə ilə praktika üst-üstə düşürmü, bəd başında, heç olmasa bir-birinə yaxınlaşırmı?

Mətbuat xidməti - realda

Təəssüf ki, bu suala müsbət cavab  verə bilməyəcəyik. Bütün üzdə olan və tez-tez adını eşitdiyimiz, rəhbərlərini isə az-maz tanıdığımız mətbuat xidmətlərinin əsas fəaliyyət istiqamətini ümumi olaraq bir sözlə ifadə edə bilərik: MALALAMAQ! Bəli, başqa heç cür. Bu söz qeyd edilən qurumların işini çox sərrast, lakonik və dəqiq ifadə edir. Bəlkə də ölkədə bu presedentə rast gəlinib, bəlkə də haradasa bu tarixi hadisə yaşanıb – hansısa strukturun mətbuat xidməti ya media nümayəndəsinin sualını cavablandırarkən, ya hansısa hadisəyə reaksiya verərkən öz səhvini, yarıtmaz işini, diqqətsizliyini və ya fəaliyyətsizliyini etiraf edib: yəni, günah məndəndir, ay həmvətənlər! Ancaq bu yazını yazarkən belə presedenti xatırlamaq üçün ha çalışsaq da, xatırlaya bilmədik. Əksi isə N qədər. Hansını deyəsən, hansını sadalayasan? Biz sadəcə bir neçə misal çəkməklə kifayətlənəcəyik.

Mətbuat xidməti - klonlar

Götürək elə bizim əsl baş ağrımıza çevrilən kommunal xidmətləri. Məsələn, hansısa rayonda, hansısa küçədə su borusu partlayıb və yaxud kanalizasiya borusu tutulub və ətraf sulara qərq olub. Əlbəttə ki, sakinlər “Azərsu”ya müraciət edir, cavab almayanda, tədbir görülməyəndə isə KİV-dən imdad diləyirlər. Fəqət, “Azərsu”nun mətbuat xidməti ilk olaraq cavaba MALALAMAQla başlayır. Mala üçün seçilən material isə fərqli də ola bilər. Ardında isə ən populyarlar cavabları cavabları eşidirik: “Qəza artıq aradan qaldırılıb” və ya “Qəza qısa müddətdə aradan qaldırılacaq”. Halbuki, reallıq bu vədlərdən 180 dərəcə fərqli müstəvidə yerləşir.

“Azəristiliktəchizat”da “Azərsu”dan çox uzağa getmir. Müraciət edirsən ki, bəs filan məktəbdə şagirdlər qışın oğlan çağında donur. Ya da ki, filan binanın sakinləri yanvar şaxtasından evlərində az qalsın ki, göyərsinlər. “Azəristiliktəchizat” da, təhsilə məsul şəxslər də başlayır təbii ki, öncə MALALAMAĞA. Sonra isə, bir qayda olaraq, “ora istiliklə təmin edilir”. Aydındır ki, heç bir ağlı başında olan adam istiliklə təmin olunduğu halda durub “Qaynar xətt”ə zəng vurmaz, mətbuatdan imdad diləməz ki, bəs mən soyuqdan ölürəm.

Digər bir nümunə isə - AYNA. Nə olur olsun, hansı avtobus marşrutundan şikayət edirsən et – fərqi yoxdur, qurumun mətbuat xidmətinin rəhbərinin növbətçi cavabı hazırdır: “... nömrəli müntəzəm marşrutda ... avtobus ... dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Lakin günün əsasən səhər və axşam pik saatlarında müşahidə  edilən sıxlıq avtobuslar arasındakı intervalın artmasına səbəb olur”. Vəssalam. Yəni, biz işimizi ideal qurmuşuq, qalanı isə bizlik deyil.

Kəsəsi, adlar fərqli olsa da, iş prinsipi eynidir. Sanki bir qurum digərinin klonudur.

Mətbuat xidməti – bəs vicdan?

Bu misalları hələ çox davam etdirə bilərdik. Yəqin ki, oxucular da qeyri-ixtiyari artıq bir neçə bu cür MALALAMAĞI sevən qurumun adını xatırladılar, necə deyərlər, yaraları qubar etdi. Amma elə bununla da kifayətlənək. Çünki adından və fəaliyyət istiqamətindən asılı olmayaraq, bütün mətbuat xidmətlərinin bəlası ümumidir. Biz çox gözəl anlayırıq ki, insanların ayda bir dəfə məvacib aldıqları yer var, onları işə qəbul edən müdiriyyət var. Və bu müdiriyyətin maraqlarına zidd nəsə demək, hansısa hərəkətə və ya açıqlamaya yol vermək mətbuat xidmətinin həm rəhbərinin, həm də digər əməkdaşlarının karyerasında qara zolağın başlanmasına gətirib çıxara bilər. Odur ki, mətbuat xidmətlərinin rəhbərləri ilə yanaşı onların təmsil etdikləri strukturların rəhbərlərinə də üzümüzü tutub deyirik: “Siz də bu xalqın bir zərrəsisiniz. Yalanları, min cildə girmələri qoyun bir kənara. Və zərrəsi olduğunuz xalqa vicdanla xidmət edin. Ən azından ona görə ki, hər ay aldığınız o məvacib elə bu xalqın cibindən çıxan manatlar və qəpiklərin sayəsində əmələ gəlir”.

Balaəli Zirəli

Son xəbərlər

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Oxşar xəbərlər