top
Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar - Rəsmi açıqlama
29 avqust 2025, 17:19
- ↺ +

"Məktəbin sanitar qovşağını böyüdüb sinif otağı yaradıblar" - Rəsmi açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"200 saylı Məktəb-Lisey Kompleksinin nəzdində fəaliyyət göstərən 43 saylı korpus yararsız vəziyyətdədir, tavan uşaqların başına düşə bilər".

Bu şikayətlə qafqazinfo.az-a bir qrup valideyn müraciət edib.

Onlar bildirib ki, məktəbin döşəməsi və tavanında çökmələr mövcuddur, bu da şagirdlər üçün təhlükə yaradır: "Nərimanov rayonunda 3 korpus var, ancaq bu korpus heç vaxt təmir olunmur. Sinif otaqları bərbad vəziyyətdədir. Məktəbdə sanitar qovşağı da yoxdur, çünki onun yerini də söküb böyüdərək sinif otağı yaradıblar".

Valideynlər, əlavə edib ki, 7-ci sinifləri sözügedən korpusa köçürmək istəyirlər: "Bu məktəb böyükdür, ona görə də çox uşaq qəbul edirlər. Tez-tez korpuslar arasında şagirdlərin köçürülməsi baş tutur. Sözügedən korpusda adətən yuxarı siniflər olur. Övladım 6-cı sinfə qədər ön korpusda təhsil alıb. İndi isə bu yararsız yerə köçürürlər. Nə baş verir, heç özümüz də anlamırıq. 7-ci sinifdə təhsil alanların valideynləri bu qərarla razılaşmır".

Valideynlərin iddiasına görə, məktəb təmir üçün onlardan pul tələb edib: "Pulu yığıb vermədik. Çünki bu bizim işimiz deyil. Hətta ötən il valideynlər pul yığdı, yalnız bir sinif normal hala salındı. Ondan sonra həmin uşaqlar yenidən başqa korpusa köçürüldü. Məktəbin tez zamanda təmir olunmasını tələb edirik. Çünki belə halda şagirdlərin təhsil alması təhlükəlidir. Aidiyyəti qurumlara da bununla bağlı müraciətlər ünvanlamışıq".

Məsələ ilə bağlı Məktəb-Lisey Kompleksi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunduğu bildirilib: "Təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib. Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər. Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.

Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır. Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir".

Məktəbin təmirinin nəzərdə tutulması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır: "Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır".

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
28 oktyabr 2026, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
28 oktyabr 2026, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
28 oktyabr 2026, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
28 oktyabr 2026, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
28 oktyabr 2026, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
28 oktyabr 2026, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər