top
Neft emalı zavodu məhkəməyə verildi
13 noyabr 2025, 12:20
- ↺ +

Neft emalı zavodu məhkəməyə verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmə ekoloji zərərlə bağlı təzminatın ödənilməsi məsələsinə aydınlıq gətirib.

Bu barədə Bakuplus.az-a məhkəmədən məlumat verilib.

Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası sağlam ətraf mühitdə yaşamaq hüququ və bu hüququn pozulması nəticəsində vurulan zərərin ödənilməsi ilə bağlı məhkəmə təcrübəsini təmin edən qərar qəbul edib. Vətəndaş Neft emalı zavoduna qarşı iddia qaldıraraq bildirib ki, sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır. O, zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini tələb edib.

İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında aparılan monitorinqlər nəticəsində havada və suda zərərli maddələrin miqdarının normadan artıq olması məlum olub. Aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin, xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanıb.

Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur. Ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi zərərin vurulmasına səbəb ola bilər.

Bu baxımdan istehsal müəssisələri və digər təşkilatlar öz fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından çəkinməlidirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
Bu gün, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
Bu gün, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
Bu gün, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
Bu gün, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
Bu gün, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
Bu gün, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
Bu gün, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Oxşar xəbərlər