top
Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
04 avqust 2025, 14:30
- ↺ +

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bakuplus.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – "İstiqlal" (2003), "Şərəf" (2013), "Şöhrət" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov".

Son xəbərlər

Xəbər
Bu gün, 09:54

Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib - "Adıma əxlaqsız mahnılar yazırdılar"

Xəbər
Bu gün, 09:44

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
Bu gün, 09:35

Bakıda quraşdırılacaq avtobus svetoforlarının iş prinsipi açıqlanıb

Xəbər
Dünən, 17:44

Ada Süleymanın öldüyü qəzanın təfərrüatı məlum olub

Aktual Xəbərlər
Dünən, 17:30

Azərbaycanda 9 ayda 300-dən çox yaşlı evlənib

Xəbər
Dünən, 15:55

Bakı məktəbindən dəhşətli İDDİA: "Qardaşının başını kəsəcəyik" - direktor susur?

Aktual Xəbərlər
Dünən, 15:45

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Dünən, 14:38

İşdən çıxarılma xəbərini Qazaxıstanda alıbmış

Aktual Xəbərlər
Dünən, 13:00

Ramiz Mehdiyev ailəsi ilə Əli Kərimlinin məhkəməsinə çağırıldı

Xəbər
Dünən, 12:04

Öldürdüyü qadının valideynləri kürəkəninin azadlığa çıxmasına etiraz etmir

Aktual Xəbərlər
Dünən, 11:28

Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü

Xəbər
Dünən, 10:38

Stalinin maşın bağışladığı dahi bəstəkarın vəfat etdiyi gündür

Aktual Xəbərlər
Dünən, 09:56

NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb

Xəbər
Dünən, 09:26

Aparıcının öldüyü qəzada daha bir nəfər dünyasını dəyişib...

Xəbər
Dünən, 08:44

Aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü

Xəbər
22 noyabr 2026, 20:54

"Bolt" sürücüsünü mahnıya görə döydü, həbs olundu

Xəbər
22 noyabr 2026, 20:00

23-29 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 noyabr 2026, 11:00

Anasının seçdiyi qızla evləndi, bir gecədə saçı ağardı - Xalq artistinin anım günüdür

Yasamal
21 noyabr 2026, 17:45

"Park Yasamal"ın qarşısında nizamsız parklanma küçəni daraldıb

Yasamal
21 noyabr 2026, 16:30

Bakıda oğru "Xala bağışla, səhv gəlmişəm" deyib qaçdı

Xəbər
21 noyabr 2026, 15:55

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Xəbər
21 noyabr 2026, 14:23

Bakıya güclü yağış yağacaq

Xəbər
21 noyabr 2026, 13:29

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Xəbər
21 noyabr 2026, 12:03

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Oxşar xəbərlər