Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.