top
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
05 sentyabr 2026, 09:46
- ↺ +

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub.

Polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib.
Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə qoşulub. Onlar bildiriblər ki, Ş.Məmmədovun qardaşı Tural Məmmədov ailədə tez-tez münaqişə yaradır. T.Məmmədovun son olaraq qardaşı arvadının avtomobilinin təkərlərini bıçaqla kəsdiyi qeyd edilib.

Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü T. Məmmədov qardaşı arvadının avtomobilinə zərər vurduğunu etiraf edib: "Mən 2022-ci ildə avtomobil alqı-satqısı ilə bağlı şirkət yaratmışdım. Adıma avtomobillər çox olmasın deyə nəqliyyat vasitələrini qohumlarımın adına keçirirdim. Təxminən 1 ay əvvəl qardaşımdan maşını tələb etdim. O, həmin avtomobili satdığını dedi. Mən də əsəbiləşib onun xanımının avtomobilinin təkərlərini deşdim. Etdiyim hərəkətin səhv olduğunu bilirəm və peşmanam. Səhvim yalnız maşının təkərlərini deşmək olub. Təzəsini alıb qaytaracağam".

Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmaması qənaətinə gəlib və icraata xitam verib.

mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 12:56

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
07 oktyabr 2026, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Oxşar xəbərlər