top
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundovanın doğum günüdür
21 yanvar 2026, 11:56
- ↺ +

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Onun anadan olmasından 102 il ötür.

Görkəmli bəstəkar 1924-cü ildə Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi. 
O, Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Şəfiqə Axundova şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. 
1972-ci ildə səhnəyə qoyulan "Gəlin qayası" operası onun yaradıcılığının zirvəsi hesab olunur və Azərbaycan operasının inkişafında mühüm mərhələdir.

Bəstəkarın yaradıcılığı təkcə opera ilə məhdudlaşmır. O, çoxsaylı mahnılar, romanslar, instrumental əsərlər bəstələmiş, musiqilərində milli melodiyaları klassik üslubla ustalıqla birləşdirib.

Onun həyatı şəxsi faciələrdən də yan keçməyib. Şəfiqə Axundova yeganə övladının vəfatı ilə ağır itki yaşayıb. Onun oğlu Taleh Hacıyev də istedadlı bəstəkar və pianoçu idi. O, yaradıcılığının ən parlaq vaxtında, gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edib. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 19 iyul 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.
Bu faciə bəstəkarın həyatında dərin iz buraxıb, lakin o, bütün ağrı-acılara baxmayaraq yaradıcılıqdan uzaqlaşmayıb və musiqi ilə yaşamağa davam edib.

Mərhum bəstəkar 26 iyul 2013-cü ildə vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
21 oktyabr 2026, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
21 oktyabr 2026, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər