top
Səyavuş Aslanın doğum günüdür
05 sentyabr 2025, 10:57
- ↺ +

Səyavuş Aslanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) . Bir çox obrazların mahir ifaçısı olan Səyavuş Aslan tamaçıların qəlbində əbədi taxt qurub.

Səyavuş Aslan qədim ənənələrə malik Azərbaycan teatr məktəbi irsinə daim sadiq qalaraq musiqili teatrın janr özünəməxsusluğunu milli zəmində inkişaf etdirib. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə etməklə çıxışlarını teatrsevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarırdı.

Azərbaycan kinosunun inkişafında da Səyavuş Aslanın böyük xidmətləri var. Onun ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşayıb. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi milli televiziyanın fondunda qorunub saxlanılmaqdadır.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslan bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
Dünən, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
Dünən, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
Dünən, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
Dünən, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
Dünən, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Dünən, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Dünən, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Dünən, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Dünən, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Dünən, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Dünən, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Dünən, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Dünən, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
06 oktyabr 2026, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
06 oktyabr 2026, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
06 oktyabr 2026, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
06 oktyabr 2026, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
06 oktyabr 2026, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
06 oktyabr 2026, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
06 oktyabr 2026, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
06 oktyabr 2026, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
06 oktyabr 2026, 10:49

Bakıda restoran yandı - VİDEO

Oxşar xəbərlər