top
Space TVnin bank hesablarına həbs qoyuldu
24 iyul 2026, 14:30
- ↺ +

"Space TV"nin bank hesablarına həbs qoyuldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.

Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.

İş materiallarına əsasən, 2021-ci ildə "Space TV"yə "Xalq Bank" tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.

Bank bildirib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.

"Xalq Bank" gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə "Space TV"nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.

Məhkəmə ərizəni qismən təmin edərək "Space TV"nin "Xalq Bank" istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.

Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.

Mənbə: qaynarinfo.аz

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Bu gün, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Bu gün, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Bu gün, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər