Paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində piyada səkisi boyunca təmir işləri aparılır. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az xəbər verir.
Belə ki, “Baktelecom”un inzibati binasından başlayaraq “İST Petrol”a qədər olan hissədə divarın aqlay örtüyü yenilənir. Bununla bağlı ərazidə dəmir konstruksiyalar quraşdırılıb, piyada səkisi qismən bağlanıb.
Təmir işlərinin prospekt boyunca davam edəcəyi ehtimal olunur.
[caption id="attachment_83893" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]