top
TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə sürpriz təyinat
08 aprel 2026, 15:46
- ↺ +

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə sürpriz təyinat

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TƏBİB ətrafında baş verən son dəyişikliklər qurumun gələcək taleyi ilə bağlı sualları artırsa da, artıq bəzi məqamlar aydınlaşmağa başlayıb.

Bakupost.az xəbər verir ki, direktor Vüqar Qurbanovun vəzifədən azad olunması, ardınca icbari tibbi sığorta sistemində struktur dəyişiklikləri və bu sahənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi müzakirələri daha da intensivləşdirib.

Bir müddətdir mediada səslənən əsas ehtimallardan biri icbari tibbi sığortanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, TƏBİB-in isə Səhiyyə Nazirliyinə birləşdirilməsi idi. Bu ssenaridən yalnız birinci hissə reallaşdı. Lakin TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi baş tutmadı və bu, yeni versiyaların ortaya çıxmasına səbəb oldu.

İki əsas versiya nə idi?

Birinci versiyaya görə, TƏBİB ayrıca qurum kimi saxlanılsa da, faktiki olaraq Səhiyyə Nazirliyinin nəzarətinə veriləcəkdi. Qurumun Müşahidə Şurasının sədri postuna Səhiyyə naziri Teymur Musayevin gətiriləcəyi iddia edilirdi. Bu halda TƏBİB formal müstəqil qalsa da, idarəetmə baxımından nazirliyin təsiri altına düşəcəkdi.

İkinci versiya isə daha iddialı idi. Belə ki, Müşahidə Şurasına Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun rəhbər təyin olunacağı, bunun isə ümumilikdə səhiyyə sektorunda "kurasiya"nın dəyişməsi anlamına gələcəyi deyilirdi. 

Anar Bayramovun nazir müavini olmazdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olması, tibb təhsili və bu sahəni yaxşı bilməsi ikinci versiyanı daha da qüvvətləndirirdi.

Hətta bu təyinatın gələcəkdə onu səhiyyə naziri postuna aparacağı ehtimalları da səsləndirilirdi.

Lakin bu iki ssenarinin heç biri reallaşmadı.

TƏBİB hələlik müstəqil qurum kimi saxlanılacaq, qurumun strukturunda radikal birləşmə addımı atılmayacaq, əsas dəyişiklik rəhbərlik səviyyəsində olacaq, İdarə Heyəti formalaşdıqdan sonra TƏBİB-in icraçı direktoru və müavinlər müəyyənləşəcək.

Bakupost.az xəbər verir ki, TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsinə gözlənilməz – "sürpriz" hesab edilən bir şəxs gətirildi - Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov...

Bu posta Prezident Administrasiyasından nüfuzlu bir adamın təyin edilməsi ilə TƏBİB-in siyasi və inzibati çəkisi artacaq, qurum üzərində birbaşa nəzarət mexanizmi güclənəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Oxşar xəbərlər