top
Tiktoker Roşka məhkəmədə ifadə verdi - VİDEO
Video
29 iyul 2025, 17:27
- ↺ +

Tiktoker "Roşka" məhkəmədə ifadə verdi - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Unikal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokerə sərbəst ifadə üçün imkan yaradılıb.

O, ifadəsi zamanı günahının olmamasını vurğulayaraq həbsinin "TikTok" fəaliyyəti ilə əlaqəli olduğunu deyib:

"Bunu hamı bilir ki, mənim həbsim narkotiklə bağlı deyil, bu, "TikTok"dakı fəaliyyətimlə bağlıdır. Yayımlarda xoşagəlməz hərəkətlərə yol versəm də, buna görə inzibati həbs olunmuşam, islah da olmuşam. Həbs olunduğum gün yanımdakı xanımı gözəllik salonuna apararkən yolda polis əməkdaşları yaxınlaşaraq məni saxladılar".

Rövşən Süleymanov bununla yanaşı sosial şəbəkələrdə yol verdiyi müəyyən hərəkətlərə görə hamıdan üzr istəyib.

Təqsirləndirilən təcridxanada olarkən özünə xəsarət yetirdiyini də etiraf edib. Onun sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşlarının vaxtında müdaxiləsi isə onun həyatını xilas edib.

Bundan sonra Rövşən Süleymanovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış edib.

Vəkil də həmçinin müvəkkilinin təcridxanada həqiqətən özünə xəsarət yetirdiyini məhkəmənin diqqətinə çatdırıb. Buna görə də hazırkı psixoloji durumunun onun həbsdə saxlanmasına yol vermədiyini deyib.

Prokuror isə vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.

Müşavirədən sonra Rövşən Süleymanovun ev dustaqlığına buraxılması təmin olunmayıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Oxşar xəbərlər