top
Vital Hospitalın fəaliyyəti dayandırılıb
31 iyul 2026, 14:22
- ↺ +

"Vital Hospital"ın fəaliyyəti dayandırılıb

"Vital Hospital" kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 21-23 iyul 2026-cı il tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vital Hospital" kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də (hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov küçəsi 188, faktiki ünvan: Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi 1 ev 56 VÖEN: 1400019871) plandankənar yoxlama keçirilib.

Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib.

Belə ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin "Lisenziyalar və İcazələr haqqında" Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə "terapevtik", "kardioloji", "ginekoloji" işlər üzrə prosedur otaqları təşkil edilməyib. "Qastroenteroloji" işin sahələri qaydalara uyğunlaşdırılmayıb. "Nefroloji", "endokrinoloji", "revmatoloji", "neyrocərrahi", "üz-çənə cərrahi", "diyetoloji", "hematoloji", "dermatoloji", "psixiatrik", "otorinolarinqoloji", "plastik cərrahi", "ümumi cərrahi", "uroloji", "travmatoloji–ortopedik", "anestezioloji-reanimatoloji", "pediatrik", "rentgenoloji", "kompyuter tomoqrafiyası", "nüvə maqnit rezonansı" işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib.

"Rentgenoloji" iş üzrə fəaliyyət aşkar olunsa da, müəssisəyə dair "Xüsusi icazə" sənədinin müddətinin bitməsi müəyyən edilib. "Radioloji gigiyenik pasport" sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb. Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib.

Lakin, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil. Belə ki, müəssisədə Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib. Məsələn, ixtisasca "laborant"ın "baş tibb bacısı" vəzifəsinə təyin olunması aşkar edilib. "Şüa diaqnostika" ixtisaslı həkim "radioloq" vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar "kosmetoloji" iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb.

Məlumatda bildirilir ki, yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər