top
Yasamal rayonunda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərə hökm oxunub
19 dekabr 2022, 03:15
- ↺ +

Yasamal rayonunda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərə hökm oxunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yasamalda 18 il əvvəl nənə və nəvəni öldürən şəxslərin məhkəməsi başa çatıb. Bu haqda bu gün, 19 dekabr tarixində Report məlumat verib.

Qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli 15 il, Anar Ağalarov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yasamal rayonunda 2004-cü ildə qətlə yetirilmiş və meyitlərinin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilmiş 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizova öldürülüblər.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Anar Ağalarov qətli törətməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə məhkum olunub və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alır. İlkin dindirmə zamanı Ağalarov hadisəni xalası oğlu Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.

Məlum olub ki, Anar Ağalarov qabaqcadan əlbir olduğu xalası oğlu ilə birlikdə quldurluq etmək məqsədilə 24 aprel 2004-cü il tarixində saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olub. Həmin vaxt onlar Aygün Əzizovanın da orada olduğunu görüblər və özləri ilə mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürüblər, daha sonra mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb hadisə yerini tərk ediblər.

Toplanan sübutlar əsasında təqsirləndirilənlər Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunublar:


  • “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə”;

  • “Xüsusi amansızlıqla qəsdən adam öldürmə”;

  • “İki və ya daha çox şəxsi öldürmə”;

  • “Quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə”;

  • “Quldurluq, sağlamlığa ağır zərər vurmaqla törədildikdə”.

Son xəbərlər

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
28 oktyabr 2026, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
28 oktyabr 2026, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
28 oktyabr 2026, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Oxşar xəbərlər