Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Bu barədə Bakuplus.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan 3 boksdan ibarət avtomobil yuma məntəqəsinin damında sahəsi 7 m² olan əlavə tikilinin içərisində yuma aparatı və məişət əşyaları yanıb.
Avtomobil yuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.