AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin qızının ölümünün təfərrüatları açıqlanıb.
Bakuplus.az-a TƏBİB-dən verilən məlumata əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.09.2024-cü il tarixində saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
10:12
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.