top
Azərbaycanın ilk memorial muzeyi: Səməd Vurğunun evi
11 yanvar 2024, 08:00
- +

Azərbaycanın ilk memorial muzeyi: Səməd Vurğunun evi

Səməd Vurğunun Ev-Muzeyi Bakının T. Əliyarbəyov küçəsi, 6 ünvanında yerləşir. 1974-cü ildə Respublika hökumətinin qərarı ilə yaradılan muzeyin 6 oktyabr 1975-ci ildə təntənəli açılışı olmuşdur. Bu, Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. [https://www.kaspiy.az/tri-pisatelya-odin-muzej]  

Muzey 1896-cı ildə xeyriyyəçi Hacı Hacıağa oğlu Ağa Yusif Dadaşov tərəfindən inşa edilmiş yaşayış binasının III mərtəbəsində, altıotaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamışdır.

Muzeyin fondu şairin həyat yoldaşı Xavər xanımın verdiyi materiallar əsasında qurulmuşdur. Muzeyin ekspozisiyası 5 otaq və dəhlizlərdən ibarətdir. Muzeydəki üç otaq - şairin qonaq otağı, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır.

Qonaq otağındakı royalda vaxtı ilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlardan Q.Qarayev, F.Əmirov, S.Rüstəmov öz əsərlərini ifa etmişlər. Burada 1944-cü ildə Xalq rəssamı M.Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayiş etdirilir. Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman - saat 20:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır. [Səməd Vurğunun Ev-Muzeyi | Icomaz.az]  

Şairin iş otağında yerləşən yazı stolunun üstündə şairin son əlyazmaları, papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulmuşdur. Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və başqa əsərləri bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlmişdir. [Səməd Vurğunun Ev-Muzeyi 100. Bakı-2006]

2015-ci ildə muzeydə şairin oğulları - Xalq yazıçısı Yusif Səmədoğluna və Xalq şairi Vaqif Səmədoğluna həsr olunan ekspozisiyalar yaradılmış, bunun nəticəsində muzeyin fondu onların həyat və yaradıcılığını əks etdirən materiallarla daha da zənginləşmişdir. Hal-hazırda muzeyin fondunda Səməd Vurğuna, Yusif Səmədoğluya, Vaqif Səmədoğluya aid xatirə əşyaları, nadir fotolar, rəsm əsərləri, əlyazmaları, hədiyyələr, tədqiqat əsərləri və sairə materiallar saxlanılır. 2017-ci ildə eksponatların ümumi sayı 17000-ə qədər artırılmışdır. [https://www.kaspiy.az/tri-pisatelya-odin-muzej

Muzeydə hər ilin 27 may tarixində şairin anım gününə həsr olunan “Xatirə günü” keçirilir.

[URIS id=125919]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər