Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bakuplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq. Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşacaq.