top
Sabahın baş məşqçisi püşkatmanı dəyərləndirdi: 2 oyunda hər şey baş verə bilər
19 iyun 2026, 14:35
- ↺ +

"Sabah"ın baş məşqçisi püşkatmanı dəyərləndirdi: 2 oyunda hər şey baş verə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də önəmli deyil. Əsas məsələ bizim necə hazırlaşmağımız, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı olmağımızdır".

Bakuplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi "The New Saints" (TNS) ilə qarşılaşmaya hazırlıq barədə danışıb:

"İlk növbədə hər bir rəqibə hörmət etmək lazımdır. TNS dəfələrlə Uels çempionu olmuş və Avropada kifayət qədər tanınan komandadır. Onlar daxili çempionatda 10 ildən artıqdır dominantlıq edirlər. Düşünürəm ki, necə oynamağından, hansı futbolu sərgiləməyindən asılı olmayaraq, əsas məsələ mentalitetdir. Hər oyuna qələbə üçün çıxmaq mentalitetini formalaşdırmalısan. Bu da göstərir ki, hər bir rəqibə hörmət etməli və özünü ən yaxşı şəkildə hazırlamalısan. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər".

Dambrauskas qarşıdakı təlim-məşq toplanışından da söz açıb:

"İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər