top
Aydın Süleymanlı: Maqnus Karlsenə qalib gəlmək özümə inamımı daha da artırdı
25 iyun 2026, 15:06
- +

Aydın Süleymanlı: "Maqnus Karlsenə qalib gəlmək özümə inamımı daha da artırdı"

"Reytinqə görə yarışda 16-cı komanda olmağımıza baxmayaraq pis təsir bağışlamadıq".

Bakuplus.az xəbər verir ki, bu sözləri Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edən "Odlar Yurdu" komandasının şahmatçısı Aydın Süleymanlı federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Beynəlxalq qrossmeyster komandanın çıxışı barədə bunları deyib:

"Reytinqə görə yarışda 16-cı komanda olmağımıza baxmayaraq pis təsir bağışlamadıq. Həm rapid, həm də blitsdə gözləniləndən daha yaxşı çıxış etdik. Rapid yarışında güclü heyətə malik "WR Chess" komandasına qalib gəldik. Blitsdə qrupdan çıxdıq, amma Özbəkistanla mübarizədə bəxt tərəfimizdə olmadı. İkinci oyunda 2,5-3,5 hesabıyla uduzduq, halbuki qələbə qazana bilərdik. Ümumilikdə nəticəni qənaətbəxş hesab edirəm".

Azərbaycan millisinin üzvü FIDE reytinqində birinci yerin sahibi Maqnus Karlsenlə oyunu heç vaxt unutmayacağını bildirib:

"Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın. Mən arzuma çatdım, hətta qalib də gəldim. Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdı. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacam. Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90% insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindi. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm".

Aydın Süleymanlı sonda hamıya minnətdarlığını bildirib:

"Mənə dəstək olan, xoş sözlər yazan hər kəsə təşəkkür etmək istəyirəm. Hər yarışdan öncə ailə üzvlərimə birinci olacağımı söyləyirəm. Çünki onlar ilk gündən məni dəstəkləyir və uğuruma inanır. Fikrimcə valideynlərim də Maqnusə qalib gələcəyimi gözləmirdi".

Qeyd edək ki, Aydın Süleymanlı 2-5 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarında keçiriləcək rapid və blits turnirində iştirak edəcək.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

24-30 AVQUST tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 avqust 2026, 18:04

Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov

Xəbər
22 avqust 2026, 14:02

Xalq artisti ağır qəzaya düşdü, vəziyyəti ağırdır

Xəbər
22 avqust 2026, 12:23

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
22 avqust 2026, 10:43

Bakıda qadın keçmiş ərini döydü, məhkəməlik oldu

Xəbər
22 avqust 2026, 01:18

Səsi ilə çoxlarının qəlbini fəth edən sənətkarın ad günüdür

Aktual Xəbərlər
22 avqust 2026, 00:41

Bakıda ərinin üstünə qışqıran qadın döyüldü

Xəbər
21 avqust 2026, 18:00

Bakıda üç poliklinika birləşdirilir

Xəbər
21 avqust 2026, 17:33

Bakıda dəmiryolu stansiyasından çürümüş meyit TAPILDI: 1 ay əvvəl ölübmüş...

Xəbər
21 avqust 2026, 17:07

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət etdi

Xəbər
21 avqust 2026, 16:08

Tələbə olmaq istəyirdi, həbs edildi - Sənədləri verməsinə 1 gün qalmışdı

Xəbər
21 avqust 2026, 15:45

Döyülən qadın hakim qarşısında qərarını dəyişdi

Xəbər
21 avqust 2026, 15:29

Bakıda qol saatına görə QAN TÖKÜLDÜ

Xəbər
21 avqust 2026, 15:00

"Heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır" - ŞİKAYƏT

Xəbər
21 avqust 2026, 14:29

"Bankirlik" edən haker SAXLANILDI

Xəbər
21 avqust 2026, 12:47

Sabah Bakıda 35 dərəcə isti olacaq

Xəbər
21 avqust 2026, 12:25

Bakıda 5 aylıq hamilə qadın abortdan sonra öldü - FOTO

Xəbər
21 avqust 2026, 12:07

Turistlər ən çox Bakıya gəliblər

Xəbər
21 avqust 2026, 11:35

Kişi ona ərə getmək istəməyən qadını küçədə öldürdü - MƏHKƏMƏ

Xəbər
21 avqust 2026, 11:00

Qədim samovarı oğurladılar - Bu cəzanı aldılar

Xəbər
21 avqust 2026, 10:32

Əhmədlidə bu küçə illərdir qaranlığa qərq olub

Xəbər
21 avqust 2026, 09:39

"Bir qalanın sirri"nin Elşəninin anım günüdür

Xəbər
20 avqust 2026, 18:00

Abşeronda 6 avtomobili və iki marketi taladı

Xəbər
20 avqust 2026, 17:20

İş yoldaşının kartından 1000 manat oğurladı — "Hamamda kisəçi işləyirdik..."

Oxşar xəbərlər