top
Bakıda inşa edilmiş ilk elektrostansiya binasının tarixi
03 dekabr 2022, 09:00
- +

Bakıda inşa edilmiş ilk elektrostansiya binasının tarixi

“Bibiheybət” elektrik stansiyasının binası Dövlət Bayrağı Meydanı ərazisində, indiki Əhəd Yaqubov küçəsində yerləşib. Stansiya 1901-ci ildə neft mədənlərini enerji ilə təmin etmək üçün inşa edilib. Bu, Bakıda inşa edilmiş ilk elektrostansiya hesab edilir.

“Bibiheybət” elektrik stansiyasının tikintisini mühəndis Robert Klassonun rəhbərlik etdiyi “Elektriçeskaya Sila” Səhmdar Cəmiyyəti həyata keçirib. Bu cəmiyyət Simens qardaşlarına məxsus Simens-Şukkertverk konserninə daxil idi.

Stansiyanın inşasında iştirak etmiş rus mühəndis Krasin öz xatirələrində yazırdı: “Bakıda dörd illik işim hələ də yadımdadır. Biz Bayıl dağının yarısını dənizə aşırtdıq, stansiyanın ərazisini iki hektar artırdıq... bu yerdə mərkəzi elektrik stansiyasının möhtəşəm binası, üç yaşayış binası, su nasosu və hər növ xidmət binalarını inşa etdik.” İnşa işlərində rus, ingilis, alman və başqa millətlərdən də inşaatçılar iştirak edirdi. [Красин Л.Б. Дела давно минувших дней. Москва-1934]  [Полонский А. "Сименс": Электричество и горнозаводское дело Из истории иностранных инвестиций в Азербайджане //Литературный Азербайджан.-1995.- №1-6]

Stansiya dövrünün qabaqcıl texnologiyası ilə təchiz edilirdi. 1914-cü ildə binada yenidənqurma işləri aparılır. 1915-1917-ci illərdə Bibiheybət stansiyası Rusiyada ən böyük, Avropada isə ən qənaətcil stansiyalardan birinə çevrildi.

Sovet dövründə - 1920-ci ildə stansiya milliləşdirildi. Bundan sonra burada təmir işləri aparıldı və stansiya SSRİ-də ilk dəfə olaraq, qaz yanacağına keçirildi. 1923-cü ildə stansiya inqilabçı Leonid Krasinin (Krasin adına QRES) adını aldı. 1941-ci ilə qədər Azərbaycanda istehlak olunan enerjinin 40 faizi QRES-də istehsal edilirdi. [ГРЭС им. Л.Б.Красина. Баку-1976]

Sonradan bina öz əhəmiyyətini itirdi.

Müstəqillik dövründə binada təmir-bərpa işləri aparıldı. 2015-ci ildən burada Daş Salnamə Muzeyi fəaliyyət göstərir.

[URIS id=81701]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Bu gün, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Bu gün, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Oxşar xəbərlər