top
Bakının azad edilməsində iştirak edən general Cahangir Novruzov
19 noyabr 2022, 05:00
- +

Bakının azad edilməsində iştirak edən general Cahangir Novruzov

Cahangir bəy Yusif bəy oğlu Novruzov 1894-cü ildə Bakıda hərbçi ailəsində anadan olub.

1917-ci il oktyabr inqilabından sonra Novruzov bir müddət Tiflisdə qalır. Orada Məmməd Əmin Rəsulzadə və Fətəli Xan Xoyski ilə tanış olur. 28 may 1918-ci ildə AXC elan olunduqdan sonra Novruzov Cümhuriyyət ordusuna qatılır. O, Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusu ilə birgə sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə iştirak edir.

Bakı işğaldan azad ediləndən sonra, 23 sentyabr 1918-ci ildən Qarabağ hərəkatı başlayır. Baş-leytenant Novruzovun komandiri olduğu topçu batareyası 1-ci Azərbaycan diviziyasının tərkibinə daxil idi. Cahangir bəyin topçu batareyasının davamlı atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və 8 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Şuşaya daxil olur.

O, 1918-ci ilin oktyabrından komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir və kapitan rütbəsi ilə təltif olunur. [Mənsur Rəhbətoğlu.Türk ordusunun tovuzlu generalı// Türküstan-2020 oktyabr]

28 aprel 1920-ci ildə Azərbaycanda hakimiyyət çevrilişi olandan sonra Cahangir bəy 1-ci piyada diviziyasının tərkibində Gəncə üsyanında iştirak edir. Sonra 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Cahangir bəy Novruzov da Gəncə üsyanından sağ qurtulan silahdaşları ilə üsyana qatılır. Qarabağ üsyanı yatırılandan sonra Cahangir bəyin komandiri olduğu topçu batareyası Araz çayını keçib İran ərazisinə daxil olur.

Novruzov az müddət orada qaldıqdan sonra süvari alayı ilə Ərzuruma keçərək Kazım Qarabəkir Paşanın ordusu ilə birləşmişdir. 1921-ci ildə Bənliəhməd yaxınlığında daşnaklara qarşı qaldırdığı Berna meydan müharibəsində o, qəhrəmanlıq göstərmiş, düşmən təyyarələrini dəqiq top atəşi ilə susdurmuşdur. Bu döyüşlərdə türk komandanlığının və türk paşalarının hörmətini qazanmışdır, göstərdiyi cəsurluğa görə “Bərkər” (bərk ər, igid, döyüşkən ər) təxəllüsünü almışdır.

Novruzov 1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olub. 1929-cu ildə məktəbi bitirən Cahangir bəy polkovnik rütbəsi ilə təltif edilib. Kütahyada topçu alayının komandiri olarkən hərb sahəsində qazandığı nailiyyətlərinə görə 1948-ci ildə general-mayor fəxri rütbəsinə layiq görülüb. [Şəmistan Nəzirli. General Əliağa Şıxlinski ömrü (Anadan olmasının 140 illiyinə). Bakı - 2005]

Cahangir Novruzov 17 iyul 1958-ci ildə ürək tutmasından Bornovada (İzmir) vəfat edib. Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Bu gün, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Bu gün, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Oxşar xəbərlər