top
Bakının Şüvəlan qəsəbəsi
15 fevral 2024, 08:00
- +

Bakının Şüvəlan qəsəbəsi

Şüvəlan qəsəbəsi Abşeron yarımadasının şərq hissəsində, Xəzər rayonunda yerləşir. [http://www.xazar-ih.gov.az/az/page/12.html

Bəzi tədqiqatçılar güman edirlər ki, “Şüvəlan” sözü fars mənşəlidir. Sözün kökü “şüvül” uzun, düz ağac, “lan” isə məkan mənasını verir. Vaxtı ilə həmin ərazidə məhsuldar bağlar olduğuna görə, Şüvəlan “ağaclıq yer” anlamını daşıyıb. [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]

XIX əsrin sonlarında ərazidə Bakı milyonçularının bağları yerləşib. Buna səbəb isə Şüvəlanın dənizə yaxın ərazidə yerləşməsi, burada içməli suyun və münbit torpağın olması idi.

Rus səyyahı Lerx İvanoviç 1890-cı illərdə öz səyahətnaməsində yazırdı ki, Şüvəlanda xeyli miqdarda pambıq və zəfəran yetişdirilir. 1891-ci ildə rus dilində nəşr edilən “Bakı və onun ətraf yerləri” kitabçasında qeyd olunurdu ki, “Burada elə üzüm bağları var ki, 750-1000 pud üzüm verə bilir”. [Şüvəlan. Təvəkkül Səlimov-Şağani. Bakı-2002] [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]

Tarixən Şüvəlan ərazisində Qala sakinlərinin bağ yerləri olub. 1930-cu illərdə onlar öz bağ yerlərinə köçərək daimi yaşamağa başlayıblar. Buna səbəb isə Qala ərazisində neft sənayesinin inkişafı nəticəsində içməli su mənbələrinin çirklənməsi idi. 1930-cu illərdən Şüvəlan qəsəbə statusunu alıb. [Şüvəlan. Təvəkkül Səlimov-Şağani. Bakı-2002] [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]

Yazıçı Seyid Hüseyn 1924-cü ildə Şüvəlanı öz məqaləsində belə təsvir edib: “Burada bəzi əski binaların və qalaların qalıqları mövcuddur ki, bunlar Şüvəlan bağlarının çox qədim zamanlardan bəri bağ və yaylaq olduğunu göstərir, orada bir kənd olmadığı halda, ətraf kəndlilərin gəlib yayda heyvan və malqaranı otarmaları mümkündür. Qoca kişilərin dediklərinə görə, Şüvəlan vaxtilə otlaq olmuşdur”. [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]

Burada XIX əsrə aid İmarət (neft milyonçularının birinin mülkü), Mir Mövsüm Ağa ziyarətgahı, Sədrəddin Badi-Kubi məscidi kimi tarixi-memarlıq abidələri mövcuddur. [https://www.elibrary.az/docs/jurnal/jrn2020_471.pdf

1959-cu ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Şüvəlan qəsəbəsində 11801 nəfərin yaşadığı qeyd olunub. 2020-ci ilin statistik göstəricilərinə əsasən, qəsəbənin əhalisi 19482 nəfər təşkil edib. [https://www.demoscope.ru/weekly/ssp/ussr59_reg2.php] [http://www.xazar-ih.gov.az/az/page/12.html

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər