top
Bakı xan sarayı
16 mart 2024, 08:00
- +

Bakı xan sarayı

Bakı xan sarayı İçərişəhərdə, Bakı qalasının Şamaxı (Qoşa qala) qapısının sol tərəfində yerləşir. Ehtimal olunur ki, bu saray XVIII əsrdə, Bakı xanları nisbi müstəqillik əldə etdikləri zaman inşa edilib. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964] 

Saray Şərqi Avropa üslubunda tikilmiş, divarları rəsmlərlə, tavanları isə bitki ornamentləri və döyüş səhnələri ilə bəzədilmişdir. 1857-ci ildə Bakı xan sarayı haqqında Prussiya (Şərqi və Mərkəzi Avropada tarixi dövlət) və Rusiya dövlət xadimi Avqust fon Haksthauzen yazıb: "Qalada Bakının sonuncu müstəqil xanı olan Hüseynqulu xanın sarayı vardır. Mərkəzində böyük darvaza yerləşən bu böyük dördbucaqlı kompleks hazırda komendantın evidir və Avropa zövqü ilə bəzədilmişdir". [Август фон Гакстгаузен. Закавказский край. Заметки о семейной и общественной жизни и отношениях народов, обитающих между Черным и Каспийским морями. Часть II. Санкт-Петербург-1857]

Sarayın XIX əsrə aid planlarında beş həyət ətrafında qruplaşdırılmış geniş bir yaşayış kompleksinin olduğu göstərilir. Vaxtı ilə bu ərazidə hovuzlu bağça olub. Sarayın ətrafında ayrı müdafiə divarları olmayıb. Bir tərəfdən kompleks Bakı qalasının Şamaxı qapısına yaxın idi, digər tərəfdən isə evin divarları dəniz sahilinə çıxırdı. [Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964] 

Bakı xanlarının sarayında I Mirzə Məhəmməd xan (1747-1768), Məlik Məhəmməd xan

(1768-1784), II Mirzə Məhəmməd xan (1784-1791), Məhəmmədqulu xan (1791-1792), Hüseynqulu xan (1792-1806) yaşamışlar. [https://icherisheher.gov.az/az/75-baki-xanlarinin-sarayi/

Bakı xan sarayı ərazisində arxeoloji tədqiqatlar ilk dəfə 1985-ci ildə aparılıb. Nəticədə kompleks ərazisində maddi-mədəniyyət nümunələri, yeraltı hamam, su kəhriz sistemi aşkarlanıb.

2018-2022-ci illərdə Bakı xan sarayı kompleksinə daxil olan binalar bərpa olunub. [https://icherisheher.gov.az/az/project/29

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər