top
Bakı metrosundan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb
21 yanvar 2025, 01:56
- +

Bakı metrosundan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.

Bakuplus.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.

Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.

Həmçinin Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.

“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:23

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Cəmiyyət
Dünən, 18:11

Bakının mərkəzində bu binalar plana düşdü: Söküntü başlanılır

Xəbər
Dünən, 17:10

Onlayn qumar oyunlarında bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib

Aktual Xəbərlər
Dünən, 16:06

Paytaxtda Amerika ağ kəpənəklərinə qarşı profilaktik işlər davam edir

Xəbər
Dünən, 15:01

Maşın su arxına aşdı: Sürücü öldü

Cəmiyyət
Dünən, 14:00

Nəsimi rayonunda qaydaları pozan sürücülər saxlanıldı

Xəbər
Dünən, 13:40

Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ: 90 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 12:47

Sabah Bakıda şimşək çaxacaq

Xəbər
Dünən, 11:59

Masazır sakinləri bezib: "Nə yol var, nə də baxan!"

Xəbər
Dünən, 10:49

Bakı metrosunda İNSİDENT: Həbs edilənlər var

Cəmiyyət
Dünən, 10:40

Bu gündən heyvan bazarları bağlanır

Xəbər
Dünən, 10:14

Bu gün Müslüm Maqomayevin anım günüdür

Aktual Xəbərlər
Dünən, 10:00

Bakıda atəşfəşanlıq olacaq

Xəbər
Dünən, 09:29

Bu gün mərhum aktrisa Nəcibə Məlikovanın doğum günüdür

Xəbər
Dünən, 00:01

Qubadlı şəhəri 5 ildir azaddır

Xəbər
24 oktyabr 2025, 18:00

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Xəbər
24 oktyabr 2025, 17:10

100 məktəb adambaşına maliyyələşməyə keçid edir

Xəbər
24 oktyabr 2025, 16:10

Əlillik qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq

Xəbər
24 oktyabr 2025, 15:27

Uşağı yerə çırparaq dedi ki, hamınızı öldürəcəyik - Ermənilərin MƏHKƏMƏSİ

Xəbər
24 oktyabr 2025, 15:10

Şəhidin atası oğlunun verdiyi borcu ala bilmir

Xəbər
24 oktyabr 2025, 14:34

Görünməyən təhlükə: İçməli suyun istehsalı hansı şəraitdə aparılır? - AÇIQLAMA

Xəbər
24 oktyabr 2025, 14:10

Bakıda FACİƏ: Qadın yıxılıb öldü

Xəbər
24 oktyabr 2025, 13:18

Sabah hava çiskinli olacaq

Xəbər
24 oktyabr 2025, 13:10

Sabunçuda 11 kq narkotik aşkarlanıb

Oxşar xəbərlər