top
Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu qida maddələrinin qəbulunu nəzərdə tutur
01 oktyabr 2024, 02:00
- ↺ +

Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu qida maddələrinin qəbulunu nəzərdə tutur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu müxtəlif qida maddələrinin qəbul edilməsini nəzərdə tutur.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un “Sağlam səhər” verilişində qonaq olan pediatr Aytəkin Əliyeva deyib.

Onun sözlərinə görə, bunun üçün müxtəlif qida qruplarının, o cümlədən zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineralların balanslı şəkildə olmasına diqqət yetirmək lazımdır:

“Uşaqlar üçün hər gün meyvə, tərəvəz, dənli bitkilər, süd məhsulları və proteindən zəngin qidaların istifadəsi vacibdir. Məsələn, səhər yeməyində yumurta, pendir və tam taxıl çörəyi, günorta yeməyində isə tərəvəz və toyuq salatı kimi balanslı yeməklər təqdim edilməlidir. Uşaqların gün ərzində müxtəlif rəngli tərəvəzlər və meyvələr yeməsi onların vitamin və mineral ehtiyaclarını qarşılayır. Bununla yanaşı, yetərli miqdarda su içmək və şəkərli, yağlı qidalardan uzaq durmaq da balanslı qidalanmanın bir hissəsidir. Yağların təbii mənbələrdən, məsələn, qoz-fındıq kimi qidalardan alınması məsləhətdir. Karbohidratların isə mümkün qədər təmiz dənli bitkilərdən və tam taxıllardan alınması uşağın enerjisini təmin edir”.

Pediatr zülalların uşaqların əzələ və toxumalarının inkişafı üçün vacib olduğunu qeyd edib. Buna görə də onların qidalanmasında balıq, toyuq və lobya kimi zülal mənbələri olmalıdır:“Balanslı qidalanma uşağın sağlam böyüməsinə, enerji səviyyəsinin qorunmasına və immun sisteminin güclənməsinə kömək edir”.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
Dünən, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Dünən, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
Dünən, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Dünən, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Dünən, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Dünən, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Dünən, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Dünən, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Dünən, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Dünən, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Dünən, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Dünən, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Dünən, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Dünən, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Dünən, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Dünən, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Dünən, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Dünən, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Dünən, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Oxşar xəbərlər