top
Bu gün milli mətbuatın yaranmasından 149 il ötür
21 iyul 2024, 23:39
- +

Bu gün milli mətbuatın yaranmasından 149 il ötür

Bu gün, 22 iyul tarixində Azərbaycanda milli mətbuatın yaranması günü qeyd edilir. Bu haqda Bakuplus.az məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

Maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda yeni bir mərhələnin əsası qoyulub. 1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən və cəmi 56 nömrəsi nəşr olunan qəzet milli mətbuatın formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Zərdabi “Əkinçi” ilə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dili və üslubunun da əsasını qoyub.

“Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrinə görə, Bakıya gələn bir fransız müxbiri Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib, onun ziyarətinə getmiş və demişdi: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz... Görünür, siz öz xalqınızı çox sevirsiniz”. 

“Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrinin nəşrinə yol açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (Ziyayi-Qafqaziyyə), “Kəşkül” kimi nəşrlər “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1903-cü ildə “Şərqi-rus”un fəaliyyətə başlaması C.Məmmədquluzadə, F.Nemanzadə, M.Ə.Sabir, A.Səhhət, F.Köçərli kimi demokratik dünyagörüşlü publisistlər yetişdirdi. Milli mətbuatın yeni inkişaf mərhələsi isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başladı.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir mətbuatın formalaşması və inkişafı üçün imkanlar yarandı, ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldı.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Bu gün, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Bu gün, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Bu gün, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Bu gün, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Bu gün, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Bu gün, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Bu gün, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Bu gün, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Bu gün, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
Dünən, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
Dünən, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
Dünən, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
Dünən, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
Dünən, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
Dünən, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
Dünən, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
Dünən, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
Dünən, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
Dünən, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
Dünən, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər