top
Bu gün professor Nərgiz Paşayevanın 60 yaşı tamam olur
13 dekabr 2022, 00:16
- +

Bu gün professor Nərgiz Paşayevanın 60 yaşı tamam olur

O, 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1978-1983-cü illərdə BDU-nun Filologiya fakültəsində təhsil almışdır. Paşayeva 1983-cü ildə aspiranturaya qəbul olmuş və 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Alim 1987-ci ildə BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının Dil və ədəbiyyat kafedrasının müdiri vəzifəsində çalışmışdır. Paşayeva 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir. O, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Paşayeva 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 2009-cu ildən BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 2018-ci ildə AMEA-nın vitse-prezidenti, 2019-u ildə rus akademiki V.Sadovniçinin təqdimatına əsasən, Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.

Paşayevanın təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuş, “Səməd Vurğunun xatirələri” kitabı, “Azərbaycan xalq çalğı alətləri” kataloqu hazırlanmış və çapdan çıxmışdır. O, “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin” yaradılmasının təşəbbüskarıdır.

Nərgiz Paşayeva Rusiyanın “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı, “Dostluq” ordeni, Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” ordeni, Fransanın “Akademik Palma” ordeni, Azərbaycanın “Şöhrət” ordeni və başqa mükafatlarla təltif olunub, Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Nərgiz Paşayeva Azərbaycan Respublikasında elm və təhsilin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.

Mənbələr:


  1. https://www.millikitabxana.az/news/akademik-nergiz-pasayeva


https://science.gov.az/az/forms/deystvitelnyie-chlenyi/3055

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Bu gün, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Bu gün, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Bu gün, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Bu gün, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Bu gün, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Oxşar xəbərlər