top
Bu gün “Qarşılanma marşı”nın müəllifi Həsənağa Abasquliyevin doğum günüdür
11 avqust 2023, 23:57
- +

Bu gün “Qarşılanma marşı”nın müəllifi Həsənağa Abasquliyevin doğum günüdür

Həsənağa Rza oğlu Abasquliyev 12 avqust 1938-ci ildə Bakının Biləcəri qəsəbəsində müəllim ailəsində anadan olub. Uşaq ikən hər iki valideynini itirən balaca Həsənağa Bərdə şəhərindəki uşaq evinə verilib.

Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənib. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyub. [http://www.anl.az/down/meqale/medeniyyet/2013/sentyabr/324667.htm

Abasquliyev 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub, truba ixtisası üzrə təhsil alıb. Texnikumu başa vurduqdan sonra, 1958-1963-cü illərdə indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. 1963-cü ildə o, Xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayıb.

1960-cı illərdə Həsənağa Abasquliyev Tomsk vilayətinin filarmoniyasından dəvət alıb və oraya işləməyə gedib. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan “Biz Bakıdanıq” estrada-caz ansamblından dəvət alaraq ölkəyə qayıdıb.

Bakı Musiqi Akademiyasının dosenti olmuş bəstəkar Abasquliyev Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazıb. Onun rus sirk ustasının “Canlı şlyapa” nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülüb. [http://az.baku-art.com/az/bu-gun-bestekar-dirijor-em-kdar-artist-h-s-naga-abasquliyevin-do-um-g-n-d-r ]

Bəstəkarın məşhur əsərlərindən biri 1992-ci ildə yazılan “Qarşılanma marşı”dır. Bu musiqi 1993-cü ildən Bakının hava limanında yüksək ranqlı çinli qonaqların qarşılanma mərasimində ifa olunur. Abasquliyevin, həmçinin “Səni gözləyirəm”, “Ayrılıq”, “Topçular marşı”, “Dünya azərbaycanlılarının həmrəylik mahnısı” kimi əsərləri var. Abasquliyev 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak edib və laureat olub. [https://www.yeniazerbaycan.com/Musahibe_e71579_az.html] [http://www.anl.az/down/meqale/medeniyyet/2013/sentyabr/324667.htm

Abbasquliyev Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Həsənağa Abasquliyev 6 avqust 2018-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Oxşar xəbərlər