Tanınmış reper Elşad Xose həbsdən azad olunub.
News24.аz xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.
Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.
Repçi qərardan apelyasiya şikayəti vermiş, müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.