top
Ginekoloji əməliyyat üçün müraciət etdi, kardioloji şöbəyə göndərdilər – Nigar Köçərlidən ŞİKAYƏT
Bu gün, 11:01
- +

Ginekoloji əməliyyat üçün müraciət etdi, kardioloji şöbəyə göndərdilər – Nigar Köçərlidən ŞİKAYƏT

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli "Liv Bona Dea" xəstəxanasından şikayətçidir.

Bakuplus.az xəbər verir ki, o, adıçəkilən xəstəxanada pis rəftarla üzləşdiyini bildirib.

N.Köçərili sosial şəbəkə hesabında yazıb:

"Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam.

Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm.

Yanvarın 14-də, səhər saat 7-də "Liv Bona Dea" xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.

Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. "Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun", - dedim.

Əvvəl bir tibb bacısı "kapelnitsa" qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan "Axı siz nə edirsiniz?" deyə qışqırdım.

Sonra yenə yalvardım: "Xahiş edirəm, əlavə anesteziya edin". Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: "Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm". Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. "Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin", – deyə əlavə etdim".

N.Köçərlinin sözlərinə görə, dəfələrlə yalvarmasına baxmayaraq, həkimlər ona reaksiya verməyib:

"Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. "Təbii ki, xahiş edirəm, edin", – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər…

Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur.

Anesteziya vuruldu və mən yuxuya getdim.

Oyananda son dərəcədə kobud rəftarla üzləşdim...

Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə "burada gözləyin" deyib saxlayıblar. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdilər.

Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər".

O deyib ki, şikayətdən sonra verilən vədlər yerinə yetirilməyib:

"Şikayətçi olduğumuzu biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi bizə yaxınlaşdı. Əsas danışan türkiyəli bir xanım idi. Dedi ki, kameraları yoxlayacaq, tibb personalı ilə bağlı araşdırma aparılacaq və bizə məlumat veriləcək.

Bir daha onu görmədik. "Liv Bona Dea"da 3 gün qaldım, dəfələrlə "kamera araşdırması nə oldu?" deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.

Yanvarın 16-də nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxartdılar.

Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm…

Srağagün Şahbaz bəy bu barədə "Facebook" kiçik bir postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb dedi ki, "sadəcə "smenlə" bəxtiniz gətirməyib".

Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?"

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:01

Şiddətli geomaqnit qasırğası gözlənilir

Aktual Xəbərlər
Bu gün, 12:01

"Şöhrət" ordenli alim vəfat etdi

Aktual Xəbərlər
Bu gün, 10:45

Ötən həftə 55 nəfər xilas edilib

Aktual Xəbərlər
Bu gün, 09:45

"Rövşən Lənkəranski"nin yaxın adamını öldürənlə bağlı yeni qərar

Xəbər
Dünən, 21:00

19-25 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 14:06

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Xəbər
Dünən, 09:00

Azərbaycanda ikinci ali təhsil: Qanun nə deyir, praktikada nə baş verir?

Siyasət
17 yanvar 2026, 16:34

Onlara 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ

Cəmiyyət
17 yanvar 2026, 15:23

Azərbaycanda tanınmış həkim vəfat etdi

Cəmiyyət
17 yanvar 2026, 14:28

Bakı metrosunda ÖLÜM

Cəmiyyət
17 yanvar 2026, 13:09

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
17 yanvar 2026, 11:15

Bakılı Zivər: Dünya heykəltaraşlığında ilk müsəlman qadın

Pirallahı
17 yanvar 2026, 10:49

Sevgilisi qadını qızının gözü önündə döydü - BAĞIŞLANDI

Cəmiyyət
17 yanvar 2026, 09:11

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
16 yanvar 2026, 17:54

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kq marixuana aşkarlanıb

Siyasət
16 yanvar 2026, 17:42

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib

Aktual Xəbərlər
16 yanvar 2026, 16:22

Balıq ovu üçün kvota təsdiqlənib

Xəbər
16 yanvar 2026, 16:01

Aparıcı Xoşqədəm və əri məhkəmədə türkiyəli aparıcıya qalib gəldi

Cəmiyyət
16 yanvar 2026, 15:28

Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn edilib

Cəmiyyət
16 yanvar 2026, 14:33

Azərbaycan Nəşriyyatı fevralın 1-dən istismarını dayandırır

Xətai
16 yanvar 2026, 13:40

Bakıda 59 yaşlı kişi dostuna dələduzluq etdi

Xəbər
16 yanvar 2026, 12:19

Sabah Bakıda yenidən sulu qar yağacaq

Cəmiyyət
16 yanvar 2026, 11:36

Abşeronda 45 yaşlı kişi dəm qazından ölüb

Oxşar xəbərlər