top
Azərbaycanda ikinci ali təhsil: Qanun nə deyir, praktikada nə baş verir?
18 yanvar 2026, 09:00
- ↺ +

Azərbaycanda ikinci ali təhsil: Qanun nə deyir, praktikada nə baş verir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir dövrdə əmək bazarının tələbləri və artan peşəkar rəqabət bir çox şəxsi ikinci ali təhsil almağa sövq edir. Xüsusilə artıq ali təhsil diplomu olan şəxslər üçün yenidən imtahan mərhələsindən keçmək həm vaxt, həm də əlavə yük yaradır. Bu səbəbdən cəmiyyətdə ən çox maraq doğuran məsələlərdən biri ikinci ali təhsilə başlamağın imtahansız əldə olunması imkanlarıdır.

Mövcud qanunvericilik, universitetlərin daxili qaydaları və tətbiq edilən mexanizmlər bu prosesin hansı şərtlərlə mümkün olduğunu müəyyənləşdirir. Bəs Azərbaycanda ikinci ali təhsil almaq üçün imtahan vermək mütləqdirmi, yoxsa istisna hallar mövcuddur? İkinci ali təhsil yalnız ödənişli əsaslarla mümkündürmü? Əvvəlki ixtisas yeni seçilən ixtisasa uyğun olmalıdırmı? Universitetlər bu məsələdə müstəqil qərar verə bilərmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, Azərbaycanda ikinci ali təhsil almaqla bağlı uzun illərdir formalaşmış təcrübə mövcuddur:

"Zaman-zaman müəyyən neqativ hallar müşahidə edilsə də, son illərdə bu proses daha sistemli və ölçülə bilən mexanizm əsasında həyata keçirilir. İkinci ali təhsil almaq üçün mütləq şəkildə birinci ali təhsil olmalıdır. Şəxs Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan vasitəsilə universitetə qəbul olunmalı və ali təhsil diplomu əldə etməlidir.

Məzun olduqdan sonra, əgər seçdiyi ixtisas üzrə iş imkanları məhduddursa və ya ixtisasını dəyişmək istəyirsə, ikinci ali təhsil alması tam başadüşüləndir. İkinci ali təhsilin əsas fərqi ondan ibarətdir ki, bu təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. Tədris proqramları əvvəlki biliklər nəzərə alınmaqla tərtib olunur və əlavə, artıq proqram materialları təqdim edilmir. Bu, Bolonya sisteminin üstünlüklərindən biridir. Xarici ölkələrdə hətta eyni anda iki fərqli ixtisas üzrə diplom almaq mümkündür. Məsələn, bir şəxs paralel şəkildə həm riyaziyyatçı, həm də iqtisadçı ixtisası üzrə təhsil ala bilər".

Ekspert qeyd edib ki, şəxsin özünüinkişaf məqsədilə təhsilə investisiya qoyması və bununla universitetlərin inkişafına töhfə verməsi alqışlanmalıdır:

"Lakin yalnız diplom əldə etmək məqsədilə təhsil almaq arzuolunan hal deyil. Zaman-zaman tənqidlər səsləndirilir ki, prestijli ixtisaslara keçid balları yüksək olduğu üçün bəzi şəxslər ilkin mərhələdə həmin ixtisaslara qəbul ola bilməyib, sonradan başqa ixtisası bitirərək ikinci ali təhsil yolu ilə həmin sahəyə keçirlər. Qeyd etmək lazımdır ki, tibb sahəsində ikinci ali təhsil sistemi tətbiq edilmir. Bu, insanların sağlamlığına birbaşa təsir göstərən sahə olduğu üçün burada daha ciddi yanaşma mövcuddur. Həmçinin dəqiq və bəzi tətbiqi elmlərdə də bu imkanlar məhduddur.
İkinci ali təhsil daha çox humanitar və sosial elmlər üzrə tətbiq edilir. Ali təhsilli şəxslər üçün bu sahələrdə təhsil almaq çətinlik yaratmır və iş tapmaq imkanlarını da müəyyən qədər artırır. İnsan daim öz üzərində işləməli, inkişaf etməlidir. Arzuolunandır ki, şəxs bir sahə üzrə dərinləşərək irəliləsin.

Bakalavr mərhələsində gənclər bəzən ixtisas seçimində ətraf təsirlərə daha çox önəm verirlər. Təhsili başa vurduqdan sonra isə daha yetkin qərarlar verə bilirlər. Bu da ikinci ali təhsilə üz tutmağın əsas səbəblərindən biridir".

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər