top
Bakıda dağılan tarixi malikanənin fotosu süni intellektlə yaradılıb - RƏSMİ
04 iyun 2026, 16:56
- ↺ +

Bakıda dağılan "tarixi malikanə"nin fotosu süni intellektlə yaradılıb - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Bakuplus.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, qurumun Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət olunur. Paylaşımda istifadə edilən görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkəmizdə belə bir tarixi abidə və ya tikili mövcud deyil. Sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb, o da məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların özü tərəfindən hazırlanmadığını etiraf edib:

"Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında malikanələr olaraq Teymur Quliyevin bağı (2574 inventar nömrəli), İsa bəy Hacınskinin bağ evi (2575 inventar nömrəli), Şəmsi Əsədullayevin bağ evi (2576 inventar nömrəli), Əziz bəy Aşurbəyovun bağ evi (2577 inventar nömrəli) və H.Z.Tağıyevin bağ evi (2579 inventar nömrəli) yer alıb.

Qeyd olunan ərazidə yerləşən yeganə malikanə Kərbəlayi İsrafil Hacıyevin bağ evi (foto əlavə olunur) hələlik sözügedən siyahıya daxil edilməyib. Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası çərçivəsində baxılıb və  Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.
 
Eyni zamanda, paylaşılan məlumatlarda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olub. 

Tarixi abidələrimizin qorunmasına həssaslıqla yanaşan, bu sahədə diqqətli mövqe nümayiş etdirən və ictimai nəzarətin güclənməsinə töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildirir, eyni zamanda, mədəni irslə bağlı hər hansı müdaxilə faktı, abidələrə dair narahatlıq doğuran hallarla qarşılaşdıqda qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur".

Son xəbərlər

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Oxşar xəbərlər